Kreditlərin təhlili və monitorinq şöbəsinin Mütəxəssisi | Banco.az
PREMIUM BANK

Kreditlərin təhlili və monitorinq şöbəsinin Mütəxəssisi

Vakansiya haqqında məlumat: 

Vəzifənin adı: Mütəxəssis 

Şöbənin adı: Kreditlərin təhlili və monitorinq şöbəsi

İşçinin vəzifə öhdəlikləri:

• Bankın kredit, zəmanət, əmanət və layihə maliyyələşdirilməsi sahəsindəki siyasətinin işləyib hazırlanmasında iştirak edilməsi;
• Kredit, zəmanət və digər ərizə və sifarişlərə baxılması, onların qiymətləndirilməsi və nəticəsi barədə rəy tərtib edərək şöbə rəisinə təqdim edilməsi
• Dövlət ipotekalarının verilməsi
• Verilmiş kredit və zəmanətlər üzrə mütəmadi olaraq monitorinqlər aparılması və monitorinqin nəticəsinin şöbə rəisinə təqdim edilməsi
• Kredit və zəmanətlər üzrə müraciətlərin qiymətləndirilməsi və borcalanın ödəniş qabiliyyətinin müəyyənləşdirilməsi üçün qiymətləndirmənin aydın və başa düşülən forma və metodlarının hazırlanmasında iştirak edilməsi
• Kreditləşmə barədə müştərilərə məsləhət xidmətləri göstərmək ücün müvafiq əməkdaşlarını bu işə cəlb edilməsi
• Filiallar tərəfindən verilən kreditlərin uçotunun aparılması və  şöbə və departament rəisinə təqdim edilməsi
• Bank tərəfindən verilmiş kreditlərin vaxtında qaytarılması üçün tədbirlər görülməsi və gecikdirilmə hallarında dərhal rəhbərliyin məlumatlandırılması
• Kreditləşmə ilə əlaqədar hesabatları hazırlaması və şöbə rəisinə təqdim edilməsi
• Dövlət ipotekasının verilməsi

Vəzifəyə qəbul üçün tələblər:

Təhsil: İqtisadiyyat  və ya biznes sahələrində ali təhsilinin olması
Bilik:  Kompyuter biliklərinin olması (ofis proqramları; Progress bank proqramında işləyə bilmə üstünlük hesab olunacaqdır), dil biliklərinin olması (Azərbaycan və Rus dilləri əla, İngilis dili-orta, əsasən danışıq)

Bacarıq: Müştərilərlə yüksək səviyyədə davrana bilmə, işə analitik yanaşma, sürətli öyrənmə, 
bank və ondan kənarda lazımi informasiyaların toplanması və emalı bacarığı;

Təcrübə: Müvafiq sahədə bank təcrübəsi ən az 2 il

Əmək haqqı: razılaşma əsasında

E-mail: [email protected]