Çindən daha bir devalvasiya xəbəri | Banco.az

Çindən daha bir devalvasiya xəbəri

Çin Mərkəzi Bankı (ÇMB) avqustun 13-də, ardıcıl olaraq üçüncü gün milli valyutanın devalvasiyasını həyata keçirib. Bu gün ÇMB yuanı daha 1,1% ucuzlaşdırıb. Bununla da, dolların məzənnəsi 6,401 yuan səviyyəsinə yüksəlib.

Banco.az "Report"a istinadən verdiyi xəbərə görə, ÇMB-nin bugünkü qərarı ilə yuan son üç gündə toplam olaraq 4,6% devalvasiyaya məruz qalıb.

ÇMB dünən həyata keçirdiyi devalvasiyanın son olduğunu bildirsə də, bugünkü növbəti devalvasiya qərarını "yuanın münasib məzənnə axtarışında olması" fikri ilə izah edib. Bu açıqlama qlobal maliyyə bazarlarında yuanın növbəti günlərdə devalvasiya oluna bilməsi ehtimalını gücləndirib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, son üç gündə yuanın devalvasiyası Uzaq Şərq ölkələrinin çoxunun milli valyutalarını devalvasiya etməsinə səbəb olub. Devalvasiya qərarları ölkələrin ixrac potensialının gücləndirilməsi məqsədi ilə qəbul olunub.

Ən sərfəli krediti almaq üçün müraciət et