Azərbaycanda bu il birrəqəmli inflyasiya proqnozlaşdırılır | Banco.az

Azərbaycanda bu il birrəqəmli inflyasiya proqnozlaşdırılır

2015-ci ildə Azərbaycanda inflyasiya birrəqəmli səviyyədə qalacaq

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2015-ci il yanvar-iyun ayları üçün “Pul siyasəti icmalı”nda deyilir.

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən 2015-ci ilin birinci yarısında orta illik inflyasiya 3,5 faiz təşkil edib.

İcmalda bildirilir ki, hesabat dövründə çörək məmulatları və yarmalar 9,5 faiz, yağ və piylər 11,8 faiz, meyvələr 10,5 faiz, qəhvə, çay və kakao isə 9,4 faiz bahalaşıb:

“2015-ci ilin birinci yarısında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərində 8,7 faizlik artım müşahidə olunub. Qiymət artımı heyvandarlıq məhsulları üzrə 1,5 faiz, bitkiçilik məhsulları üzrə 15,6 faiz, balıq və balıq məhsulları üzrə isə 3,8 faiz olub”.

Ən sərfəli kredit üçün müraciət et

Hesabata əsasən, 2015-ci ilin I yarısında nominal effektiv məzənnə, inflyasiya gözləntiləri və ticarət tərəfdaşlarında yüksək inflyasiya qiymətlərə artırıcı, mövsümi amillər, pul bazası və dünya ərzaq qiymətlərinin dəyişimi isə azaldıcı təsir göstərib.

İcmalda qeyd edilir ki, xarici ticarət tərəfdaşı olan ölkələrdə orta illik inflyasiya 8,2 faiz (qeyri-neft idxal çəkili orta) təşkil edib.

AMB-nin Beynəlxal Valyuta Fondunun proqnozları əsasında apardığı hesablamalara görə 2015-ci ilin yekunu üzrə əsas ticarət tərəfdaşlarında orta illik inflyasiya 7,9 faiz təşkil edəcək.