AZAL digər aviaşirkətlərə qarşı (Marketinq araşdırması) | Banco.az

AZAL digər aviaşirkətlərə qarşı (Marketinq araşdırması)

Müəllif: Samir Kərimov

İyul ayının ən aktual mövzulardan biri AZAL şirkətinin biletlərə qiymətlərin yüksək olması idi. Qiymətlərin yüksək olmasından həmişə xəbərimiz var idi. Lakin, birdə birə bu mövzunun bu dərəcədə şişməsi, hətta prezidentin bu məsələyə toxunmasına gətirib çıxardı. Beləliklə, İlham Əliyevin qiymətlər öz mövqeini bildirəndən sonra AZAL qiymətləri endirdi və çoxdan gözlədiyimiz “low-cost” reyslərini işə saldı.

Aviaşirkətlərin biletlərinin müqayisəsi

Lakin, şortik, kislota və digər “vacib” məsələlərə görə AZAL-ın qiymətləri barədə söz-söhbətlər demək olar yox oldu. Halbuki, qiymətlərin endirilidikdən sonra hamı yenə də narazı idi: real və absurd hesablamalar, Tiflis ilə müqayisə və s.Mən də öz növbəmdə araşdırmanı keçirməyə qərarına gəldim. Araşdırmanın məqsədi Bakıdan və digər MDB ölkələrinin paytaxtlarından dünyanın ən məşhur marşrutları üzrə biletlərinin qiymətlərinin müqayisəsidir. Doğrudanmı AZAL-ın qiymətləri aşağı salındı? Yoxsa endirilməsinə baxmayaraq yenə yüksək olaraq qalmaqdadır? Bu və digər suallara mən cavab verməyi çalışdım.

Araşdırma haqqında məlumat

  • Gediş nöqtələri kimi MDB ölkələrinin paytaxtları götürülüb: Bakı, Moskva, Kiyev, Minsk, Kişinyov, Tiflis, İrəvan, Astana, Aşqabad, Duşanbe, Taşkənt, Bişkek
  • Gəliş nöqtələri kimi MasterCard-ın 2015 Global Destination Cities İndex-inə əsasən 2015 ilin ən populyar turizm marşrutları seçildi: London, Paris, Dubay, İstanbul və Nyu-York (Bankqok şəhərinin yerinə)
  • Biletlərin qiymətləri http://www.kayak.ru saytından götürülüb

Araşdırmanın şərtləri

Ən sərfəli kredit üçün müraciət et

  • Qiymətlər 3 ayın əsasında müəyyənləşdirilib (sentyabr, oktyabr, noyabr)
  • Gediş-gəliş vaxtları (±1 gün): 1-8 sentyabr, 1-8 oktyabr, 1-8 noyabr
  • Qiymətlər birbaşa reysləri olan marşrutlar üzrə seçilib
  • Birbaşa reysi olmayan marşrutlarda 1 dəyişilmə olan reyslər götürülüb
  • Vergi və digər rüsumlar nəzərə alınmayıb

Qiymətlər

12 şəhərdən 5 istiqamət üzrə biletlərin qiymətlərinin cədvəli: (şəkilə klik etməkilərsiniz)lə ona tam ölçüdə baxa b

  • *dr – dəyişməli reys (kim azərbaynca dəqiq peresadka sözünün tərcüməsini bilirsə, xahiş edirəm şərhlərdə yazsın)
  • **EZY – Easyjet. 

Araşdırmanın nəticələri

  • AZAL həqiqətən qiymətləri aşağı salıb. Lakin, bu qiymətlər hər reysin cəmi 30% təşkil edir. Digər 70% isə köhnə qiymətlər ilə hesablanacaq
  • Ümumi götürəndə yalnız Moskva və Kiyevdən uçuşlar daha ucuzdur
  • Yalnız Bakı, Moskva və Kiyevdən bütün istiqamətlərə birbaşa uçmaq olar
  • 12 ölkədən cəmi 4-də (Gürcüstan, Ermənistan, Kırğızıstan və Tacıkıstan) öz aviaşirkətləri yoxdur
  • İstanbula yenədə Tiflisdən getmək daha sərfəlidir :)

Beləliklə, cədvəldə görüldüyü kimi, digər ölkələr ilə müqayisədə AZAL-ın qiymətləri münasibdir. Əslində mən özüm belə nəticələri gözləmirdim. Amma inanıram ki, bu araşdırma bəzi stereotipləri qıracaq. Mən bununla AZAL-a haqq qazandırmaq istəmirəm. Sözsüz onların inhisar siyasəti və digər həqiqi low-cost şirkətlərinin bazara buraxmaması təəsüfləndirici hallardır. Lakin, qiymətlər də əvvəl belə deyildi :)

Müəllifin digər araşdırmaları burada: http://samirkarimov.com/ 

Ən sərfəli krediti almaq üçün müraciət et