“InvestAZ” BOKT-la əməkdaşlığa cəlb olunub | Banco.az

“InvestAZ” BOKT-la əməkdaşlığa cəlb olunub

Azərbaycanda fərdi investorların sayının artırılması və korporativ investisiya vasitələrin inkişafı istiqamətində fəaliyyət göstərən “InvestAZ” bank olmayan kredit təşkilatı ilə əməkdaşlığa başlayıb.

Banco.az "APA"ya istinadən xəbər verir ki, korporativ yatırım sahəsində “KredAqro” QSC -nin istiqrazlarının yerləşdirilməsində anderrayter qismində çıxış edən şirkət, ümumilikdə 3 mln. manat həcmində istiqraz buraxılışını həyata keçirəcək.

Ən sərfəli kredit üçün müraciət et

Yaxın günlərdə Bakı Fond Birjasında yerləşdirilməsinə başlanılacaq istiqrazların miqdarı 12 000 (on iki min), bir ədədinin nominal dəyəri isə 250 (iki yüz əlli) manatdır.

Yeni emissiya olunacaq qiymətli kağızların emissiya prospektinin hazırlanması, qeydiyyata alınması, buraxılışı və digər maliyyə broker xidmətləri üzrə fəaliyyət göstərən “InvestAZ” şirkəti Azərbaycanda tam lisenziyalaşmış investisiya şirkətidir.

Ən sərfəli krediti almaq üçün müraciət et