Gələn həftə Yunanıstan hökuməti SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) ilə DESFA qaz operatorunun səhm nəzarət paketinin satışı ilə bağlı danışıqları bərpa edəcək.
Banco.az "Trend"ə istinadən xəbər verir ki, bu barədə Yunanıstanın yenidənqurma, ekologiya və energetika naziri Panos Skurletis deyib.
O bildirib ki, SOCAR-a satılacaq DESFA-da iştirak payı müzakirələrin əsas mövzusu olacaq.