Ötən həftənin ən çox oxunan 5 xəbəri | Banco.az

Ötən həftənin ən çox oxunan 5 xəbəri

Banco.az olaraq, ötən həftə portalımızda oxucuların ən çox marağına səbəb olmuş yazıları müəyyənləşdirdik. Bu beşliyi, məqalələrimizi yenidən gözdən keçirmək istəyənlər və daha əvvəl oxumaq imkanı olmayanlar üçün təqdim edirik. Qeyd edək ki, hər həftə bu ənənəni davam etdirərək, son yazılarımızdan ən çox  ajotaj yaradanları sizinlə yenidən bölüşəcəyik.

1. Dollar əmanətləri - hansı banklarda sərfəlidir? 

Banco.az portalı ABŞ dolları ilə olan əmanətlər üzrə faiz göstəriclərini təqdim edir. Devalvasiyadan sonrakı müddətdə dollarla olan əmanətlərin faiz dərəcələrində eniş hələ də davam edir. Buna baxmayaraq, dollar əmanətləri üzrə də yüksək faizlər təqdim edən bankların sayı az deyil.

2. Yeni sədr- Elmar Məmmədovu yaxından tanıyaq 

Məmmədov Elmar Məmməd oğlu İdarə Heyətinin Sədri 9 oktyabr 1967-ci ildə anadan olub. 1991-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu «Maliyyə və kredit», 1994-cü ildə isə Bakı Dövlət Universitetini «Hüquqşünas» ixtisası üzrə bitirib. 1995-2004-cü illərdə Azərbaycan Beynəlxalq Bankının Əməliyyat idarəsinin rəisi, Bankın Səbail filialının müdiri olmuşdur.

Ən sərfəli kredit üçün müraciət et

3. UNİBANK daha bir unikal kartını təqdim etdi 

İnternet  üzərindən  alış-veriş edirsiniz və bunun üçün daha təhlükəsiz və etibarlı kart axtarırsınız? Şəxsi vəsaitinizdən rahat, etibarlı şəkildə istifadə etməklə yanaşı, eyni zamanda vəsaitinizə əlavə faizlər qazandırmaq istəyirsiniz? Axtarışlara zaman sərf etməyə dəyməz,  çünki Unibank-ın sizlərə təqdim etdiyi yeni unikal “ALBALI PLUS”  debet kartı bu istəklərinizə cavab verir.

4. Nərimanov ərazisində AccessBankın yeni filialı açıldı 

AccessBank müştərilərə daha yaxın olmaq və xidmət səviyyəsini daha da yüksəltmək məqsədilə filial şəbəkəsini genişləndirməyə davam edir. Bankın Bakı şəhərində yerləşən “Elmlər Akademiyası” filialının fəaliyyəti təmirlə əlaqədar müvəqqəti dayandırıldı və heyəti yeni ünvana köçdü.

5. Mərkəzi Bankdan banklara növbəti güzəşt! 

Azərbaycan Mərkəzi Bankı (AMB) leverec əmsalını 8-dən 6 faizə endirib. Trend-in məlumatına görə, müvafiq dəyişiklik Ədliyyə Nazirliyinin Hüquqi aktların dövlət reyestrində dərc edilmiş “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”na edilib. Dəyişiklik iyulun 14-dən qüvvəyə minib.

Ən sərfəli krediti almaq üçün müraciət et