Dövlət Statistika Komitəsi yeni qərar qəbul edib | Banco.az

Dövlət Statistika Komitəsi yeni qərar qəbul edib

Dövlət Statistika Komitəsi (DSK) “Magistral neft kəmərləri nəqliyyatının işi haqqında” 65 №-li (neft kəməri) rüblük rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstəriş haqqında qərar verib. Banco.az xəbər verir ki, qərarı DSK sədrinin birinci müavini Həmid Bağırov imzalayıb.

Ən sərfəli kredit üçün müraciət et

Qərara əsasən, xidmət statistikası üzrə hazırlanmış iki sənəd - “Magistral neft kəmərləri nəqliyyatının işi haqqında” 65 №-li (neft kəməri) rüblük rəsmi statistika hesabatı forması və “Magistral neft kəmərləri nəqliyyatının işi haqqında” 65 №-li (neft kəməri) rüblük rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstərişlər təsdiqlənib.

Rəsmi statistika hesabatı formasının təsdiqi ilə əlaqədar olaraq Dövlət Statistika Komitəsinin 2006-cı il 7 iyun tarixli 24/14 nömrəli sərəncamı ilə təsdiq edilmiş 65-boru (neft kəməri) №-li rüblük rəsmi statistika hesabatı forması ləğv edilib.

Ən sərfəli krediti almaq üçün müraciət et