Gürcüstanın baş naziri İrakli Qaribaşvili iyulun 26-da ARDNŞ-in prezidenti Rövnəq Abdullayevlə görüşüb.
Banco.az "APA"ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökuməti administrasiyasının mətbuat xidmətindən bildirilib.
Məlumata görə, görüşdə cari investisiya məsələləri mövzusunda müzakirələr aparılıb.
İ. Qaribaşvili Gürcüstan hökumətinin ARDNŞ-in Gürcüstandakı investisiya fəaliyyətini yüksək qiymətləndirdiyini qeyd edib.
"Görüşdə Gürcüstan və Azərbaycan ölkələrarası əməkdaşlığın dərinləşməsi üçün hazır olduğunu bir daha təsdiqləyib”, - deyə hökumət administrasiyadan bildirilib.
Görüşdə ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və Gürcüstanın Baş naziri yanında İqtisadi Şurasının Katibi, Biznes Ombudsman Giorgi Qaharia da iştirak ediblər.