Rövnəq Abdullayev Vitol Group-un nümayəndə heyətini qəbul edib | Banco.az

Rövnəq Abdullayev Vitol Group-un nümayəndə heyətini qəbul edib

SOCAR-ın prezidenti Rövnəq Abdullayev dünyanın ən böyük enerji treydinq şirkətlərindən biri olan Vitol Group-un prezidenti İan Teylorun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Görüşdə beynəlxalq enerji daşıyıcıları bazarında mövcud vəziyyət və perspektivlər diqqət mərkəzində olub, bu məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, iki şirkət arasında investisiya və treydinq sahəsində əməkdaşlıq imkanları araşdırılıb. Şirkət prezidentləri gələcəkdə birgə fəaliyyətin mümkünlüyünü vurğulayıb, əlaqələrin genişlənməsi və inkişafının hər iki şirkətin mənafeyinə uyğun olduğunu qeyd ediblər.

Ən sərfəli kredit üçün müraciət et

Görüşdə SOCAR və "Vitol Group" arasında əlaqələrin bundan sonra da davam etdirilməsi barədə razılıq əldə olunub.