Maliyyə sektorunda mötəbərliliyin zəifləməsi müşahidə olunur | Banco.az

Maliyyə sektorunda mötəbərliliyin zəifləməsi müşahidə olunur

Büdcə gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 milyard manat azalıb

Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda gedən müzakirələrdən sonra Qubad İbadoğlu diqqəti bəzi kəmiyyət və keyfiyyət müqayisələrinə yönəltməyə çağırır. O bildirir ki, əslində 6 ayın yekunları rəsmi prizmadan baxılanda və kəmiyyət göstəriciləri ilə xarakterizə olunanda qənaətbəxş görsənsə də milli iqtisadiyyatda geriləmə meylləri getdikcə çoxalmaqdadır və bunlar narahatçılıq doğurmaya bilməz:

Bu ildən başlayaraq valyuta daxilolmalarının və tədiyyə balansının müsbət saldosunun kəskin azalması, yerli məhsulların rəqabətliyinin aşağı düşməsi, işgüzar aktivliyin, istehlakçıların və sahibkarların iqtisadi fəallığının səngiməsi, dövlət və özəl sektorlarının gəlirlərinin azalması, maliyyə-bank sektorunun dayanıqlığının və mötəbərliliyinin zəifləməsi müşahidə olunur.

Qubad İbadoğlu bildirib ki, müşavirədə verilən məlumata görə, bu ilin briinci yarısında dövlət büdcəsinin mədaxili cəmisi 7 milyard 807 milyon manat olub ki, onun da 3 milyard 938 milyon manatı və 50.5 faizi 1-cü rübdə büdcəyə cəlb olunub:

Ən sərfəli kredit üçün müraciət et

Adətən rübdən rübə artımla müşahidə olunan büdcə gəlirlərində əvvəlki rüblə müqayisədə artım tempi bu rübdə təmin olunmayıb. Müqayisə üçün qeyd edək ki, ötən ilun 6 ayında dövlət büdcəsinə 9 milyard 339 milyon manat vəsait toplanmışdı. Hazırda isə yığılan vəsait ötən ilin eyni dövrünə nisbətən 1 milyard 532 milyon azdır. 
Neft amilinin nəzərə almasaq Vergilər Nazirliyi və Gömrük Komitəsi demək olar ki, proqnoza ötən ilki səviyyədə əməl etsə də bu ilin 6 ayında büdcəyə toplanan vəsaitlərin gömrük rüsumları istisna olmaqla cəmisi 2 milyard 275 milyon manatı qeyri-neft sektorundan dövlət büdcəsinin payına düşüb. . 

Yarım ildə dövlət büdcəsinin xərcləri 8 milyard 578 milyon manat təşkil edib və yaxud proqnoza nisbətən 85,0 faiz icra olunub. Beləliklə də son 6 ayda büdcə vasitəsilə xərclənən vəsait demək olar ki, ötən ilki səviyyədə qalsa da yığılan vəsait 1,5 milyard manatdan çox azalıb. Bu isə ilin sonuna büdcədə ciddi kəsirin formalaşacağını proqnozlaşdırmağa imkan verir.

Ən sərfəli krediti almaq üçün müraciət et