Radarlar icbari sığortanın olub-olmamasını yoxlayacaq | Banco.az

Radarlar icbari sığortanın olub-olmamasını yoxlayacaq

“Yaxın gələcəkdə avtomobillərin icbari sığortasının olub-olmaması radarlar vasitəsi ilə müəyyən ediləcək”.

Banco xəbər verir ki, bunu Dövlət Sığorta Xidmətinin rəisi Namiq Xəlilov jurnalistlərə açıqlamasında bildirib.

Dövlət Sığorta Xidmətinin rəisi söyləyib ki, bunun üçün xüsüsi radarların quraşdırılmasına ehtiyac yoxdur: “Çünki Dövlət Yol Polisinin avtomobil yollarında quraşdırılan texniki qurğulardan istifadə ediləcək. Bununlada avtomobilin nömrəsini oxumaqla və həmçinin digər məlumatları götürərək İcbari Sığorta Bürosunun məlumat bazasına ötürüləcək. Beləliklə də avtomobillərin icbari sığortasının olub – olmaması müəyyən olunacaq. Bu sistem müəyyən texniki məsələlər həll olunandan sonra, təxminən yaxın 2-3 ay ərzində istifadəyə veriləcək ”.

Xidmət rəisi, avtomobillərin icbari sığorta haqqının artırılması ilə bağlı sualları da cavablandırıb. N.Xəlilov bildirib ki, bu məsələ hələki gündəmdə deyil. Onun sözlərinə görə, bunun üçün heç bir iqtisadi əsas yoxdur.

Ən sərfəli kredit üçün müraciət et

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et