BOKT-lar haqqında hər şeyi bilirik? | Banco.az

BOKT-lar haqqında hər şeyi bilirik?

Bank olmayan kredit təşkilatı - öz vəsaiti və / və ya cəlb edilmiş vəsait hesabına (depozitlər istisna olmaqla) yalnız pul formasında kreditlər verməklə məşğul olan hüquqi şəxsdir.

BOKT öz fəaliyyətini bu Qanunla müəyyən edilmiş səlahiyyətlər çərçivəsində müstəqil həyata keçirir. Qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, BOKT dövlət hakimiyyəti və bələdiyyə orqanlarından asılı deyil və həmin orqanlar onun cari fəaliyyətinə müdaxilə edə bilməzlər. BOKT dövlətin öhdəliklərinə, dövlət isə BOKT-nin öhdəliklərinə görə məsuliyyət daşımır. BOKT tərəfindən verilən kreditlər üzrə faiz dərəcəsi, habelə bu Qanuna müvafiq olaraq göstərilən maliyyə xidmətlərinə görə tutulan komisyon və xidmət haqlarının məbləği BOKT ilə borcalan (xidmətlərdən istifadə edən) arasında bağlanılan müqavilə ilə müəyyən olunur.

BOKT-nin təşkilati strukturuna və inzibatçılarına dair tələblər

1. Təşkilati-hüquqi formasından asılı olmayaraq BOKT-nin təşkilati strukturunda ən azı aşağıdakı vəzifələr nəzərdə tutulmalıdır:

  • rəhbər (direktor, kollegial icra orqanının rəhbəri);
  • mühasibat xidmətinin rəhbəri (baş mühasib, maliyyə meneceri);
  • kredit mütəxəssisi;
  • daxili auditor.

3. BOKT-nin inzibatçıları ali təhsilə və ən azı bir illik iş təcrübəsinə malik olmalıdırlar. Mühasibat xidmətinin rəhbəri ali iqtisadi təhsilə və müvafiq ixtisas üzrə ən azı bir illik iş təcrübəsinə və ya orta ixtisas təhsilinə və müvafiq ixtisas üzrə ən azı 5 illik iş təcrübəsinə malik olmalıdır.

Ən sərfəli kredit üçün müraciət et

4. Qanunla müəyyən edilmiş qaydada müvafiq vəzifənin tutulması qadağan edilən, habelə qəsdən törədilmiş cinayətlərə görə məhkumluğu olan şəxslər BOKT-nin inzibatçıları ola bilməzlər.

BOKT-ların fəaliyyəti

  1. BOKT Mərkəzi Bankdan aldığı lisenziya əsasında təminatlı və təminatsız kreditlər verə bilər. BOKT tərəfindən verilən kreditlər daşınan və daşınmaz əmlakın girovu, girov əmanəti, qarantiya, zaminlik və qanunvericiliklə nəzərdə tutulmuş digər üsullarla təmin oluna bilər. Girov əmanəti yalnız Mərkəzi Bankın BOKT-yə verdiyi lisenziyada bu barədə xüsusi icazə olduqda qəbul edilə bilər.
  2. Kreditlərin verilməsi üçün lisenziya almış BOKT aşağıdakı fəaliyyət növlərini də həyata keçirə bilər: borc öhdəliklərinin alqı-satqısı (faktorinq, forfeytinq);  lizinq;  veksellərin uçotu;  qarantiyanın verilməsi;  sığorta agenti xidmətinin göstərilməsi; borcalanlara, o cümlədən birgə borcalan qruplarına maliyyə, texniki və idarəetmə məsələləri üzrə məsləhət xidmətinin göstərilməsi.
  3. BOKT-nin hüquqi və fiziki şəxslərdən əmanət (depozit) cəlb etməsi qadağandır.

BOKT və onun filialları öz inzibati binasında xidmətlərin göstərilməsi şərtləri, o cümlədən kreditlərin verilməsi şərtləri barədə məlumatı və öz lisenziyasını aydın görünən yerdə yerləşdirməli və istənilən şəxsə həmin şərtlərlə tanış olmaq imkanı yaratmalıdır.

BOKT öz fəaliyyəti haqqında bilərəkdən yalan reklama yol verməməli və reklam haqqında qanunvericiliyin digər tələblərinə riayət etməlidir.

BOKT öz adının və ünvanının dəyişdirilməsi barədə ən geci 7 təqvim günü müddətində kütləvi informasiya vasitələrində məlumat dərc etdirməlidir.