Kanadanın smartfon istehsalçısı “Blackberry”nin yenidən qurulması bəhrəsini verməyə başlayıb.
Şirkətin qazancının aşağı düşməsi tempi ləngiyir, səhmlərinin qiyməti isə 8,5% artıb. İnvestorlar bu günə qədər də şübhə edirlər ki, “Blackberry” öz ixtisaslaşmasını tam dəyişə, istehsalatda proqram təminatı və xidmətə fokuslana bilər. Amma son hesabat onlara nikbinlik yaradıb. Bu seqmentin gəlirləri ötən il 2 dəfədən çox artıb.