2015-ci ilin Yanvar-May aylarında Azərbaycandakı 27 sığorta şirkətinin xətti ilə təxminən 207.6 milyon manat sığorta haqqı toplanıb. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 11.1% çoxdur.
Bu barədə jurnalistlər ilə ənənəvi görüşündə Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov məlumat verib. Qeyd edək ki, bu ilin birinci rübündə (ilk 3 ayda) sığorta bazarı 14%, Yanvar-Aprel aylarında 11,1% artmışdı.
Şirkətlər May ayında 41,6 milyon manat sığorta haqları toplayıblar. Bu ilin Yanvar ayında şirkətlər tərəfindən 62,9 milyon manat, Fevral ayında 38,8 milyon manat, Mart ayında 33,1 milyon manat, Aprel ayında 31,2 sığorta haqqı toplanmışdı.