Dünya Bankı, Azərbaycanda iqtisadi artımın 2015-ci ildə 1,5%, 2016-cı ildə 2,6%, 2017-ci ildə isə 2,7% olacağını gözləyir.
Bu haqda Dünya Bankının iyun ayına olan hesabatında bildirilib.
Dünya Bankının hesabatında qeyd olunub ki, Azərbaycan manatının 34%-lik devalvasiyasına baxmayaraq, ölkənin ödəmə balansında cari əməliyyat hesablarında müsbət saldo ÜDM-in 3,9%-nə enəcək.