Banklarda ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 256,6 milyon manata çatıb | Banco.az

Banklarda ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 256,6 milyon manata çatıb

Problemli kreditlərin artım sürəti azalıb.

Banco Mərkəzi Banka istinadən xəbər verir ki, may ayının 1-nə 20 milyard 595,5 milyon AZN cəmi kredit qoyuluşlarının 6,1%-ni və ya 1 milyard 256,6 milyon AZN-i vaxtı keçmiş kreditlər təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bu ilin ilk 4 ayı ərzində ödəmə vaxtı keçmiş kreditlərin həcmi 280,3 milyon AZN və ya 28,7% artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə artım 361 milyon AZN və ya 40,3% olub.