Azərbaycanın sığorta bazarının 67%-i könüllü formalaşıb | Banco.az

Azərbaycanın sığorta bazarının 67%-i könüllü formalaşıb

2015-ci ilin yanvar-aprel aylarında, Azərbaycanda toplanmış sığorta haqlarının 66,7%-i və ya 110,8 milyon manatı könüllü sığorta növlərinin payına düşüb. Banco.az portalının Azərbaycan Sığortaçılar Assosiasiyasına istinadən məlumatına əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 49% çoxdur.

İcbarı sığorta növlərində yığımlar isə 55,2 milyon manat və ya bazarın 33,3%-ni təşkil edib.  Ötən ilin eyni dövrünə nisbətən icbari sığorta bazarı 28,7% böyüyüb.

4 ay ərzində ümumi ödənişlərin 76,3%-i və ya 44,3 milyon manatı könüllü sığorta növlərinin payına düşüb.  Könüllü sığorta üzrə ödənişlər ötən ilin eyni dövrünə nisbətən 40% artıb.

İcbarı sığorta növləri üzrə ödənişlər isə 13,8 milyon manat və ya ümumi bazarın 23,7%-ni təşkil edib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 9,8% çoxdur.

Hesabat dövründə könüllü sığortadan toplanılmış hər 100 manat sığorta haqqının müqabilində 40 manat ödəniş həyata keçirilib.  2014-cü ilin eyni dövründə isə bu göstərici 29,7 manat olub. İcbarı sığorta üzrə toplanmış hər 100 manat üzrə ödəniş isə 29,2 manatdan 24,9 manata düşüb.