Bank sektoru əhalinin hesabına xilas oldu | Banco.az

Bank sektoru əhalinin hesabına xilas oldu

Konstitusiya Məhkəməsinin qərarı gözlənilən idi - İqtisadçı ekpert Samir Əliyev Konstitutsiya Məhkəməsinin dollar kreditləri ilə bağlı verdiyi qərara münasibətdə bildirib. 

Ekspert bu barədə sosial şəbəkədə öz mövqeyini paylaşıb: “Qərar hüquqi olsa da, iqtisadi mahiyyət daşıyırdı. İqtisadi amillər hüquqi qərara təsir göstərdi. Məqsəd hazırda təhlükə altında olan bank sektorunu qorumaq idi. Çünki bank sektorunun çökməsi ümumilikdə ölkə iqtisadiyyatını çökdürə bilərdi. Və bunun zərəri əhalidə indikindən dəfələrlə çox olardı”. 

Ən sərfəli kredit üçün müraciət et

Ekspert həmçinin qeyd edib ki, bank sektorunun problemi bununla həll olunmayacaq: “Hazırda bankların qarşısında daha çətin problemlər durur. Bank sektoru bu dəfə əhalinin hesabına xilas oldu. Ancaq gələn dəfə əhali də kömək edə bilməyəcək. Hökumətin dəstəyi çox vacibdir”.