Neft-qaz sektorunda istehsalatın həcmi artıb | Banco.az

Neft-qaz sektorunda istehsalatın həcmi artıb

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2015-ci ilin yanvar-aprel aylarında ölkə sənayesinin təsərrüfat subyektləri tərəfindən 8,5 milyard manatlıq məhsul istehsal olunaraq 3,7 faizlik artım qeydə alınıb. Sənayenin qeyri-neft sahələrində istehsalın həcmi əvvəlki ilin yanvar-aprel aylarının səviyyəsini 10,5 faiz, neft-qaz sektorunda isə 2,9 faiz üstələyib. 
Sənaye məhsulunun 62,3 faizi istehsal olunmuş mədənçıxarma bölməsində 14,2 milyon ton neft, 6,8 milyard kub metr əmtəəlik təbii qaz və digər məhsullar hasil edilib. Emal bölməsində istehsalın həcmi sənayenin ümumi məhsulunun 28,5 faizini təşkil etmiş qida, geyim, kağız və karton, poliqrafiya, neft məhsullarının, kimya, rezin və plastmas məmulatların, tikinti materiallarının, metallurgiya, hazır metal məmulatlarının, elektrik avadanlıqlarının və s. məhsulların istehsalında artım müşahidə edilib. 
İstehsal edilmiş sənaye məhsulunun 8,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 0,9 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsinin payına düşür. 
Ümumi sənaye istehsalının 88,0 faizi malların (əmtəələrin), 12,0 faizi isə sənaye xarakterli xidmətlərin payına düşmüş, məhsulun 75,2 faizi özəl bölmədə istehsal olunmuşdur.

Ən sərfəli kredit üçün müraciət et