AMB yeni pul siyasəti həyata keçirəcək? | Banco.az

AMB yeni pul siyasəti həyata keçirəcək?

Mərkəzi Bank pul siyasəti strategiyasını təkmilləşdirmək niyyətindədir. 

Bu barədə Mərkəzi Bankın Pul Siyasəti Departamentinin direktoru Azər Ələsgərov açıqlama verib. O bildirib ki, Mərkəzi Bank öz siyasətində tədricən inflyasiyanın hədəflənməsi rejiminə keçməyi planlaşdırır. Artıq bu istiqamətdə ilk addımlar atılıb.

Azər Ələsgərov həmçinin deyir ki, daha çevik məzənnə rejiminə keçid nəzərdə tutulur. Bundan əlavə mailyə bazarlarının dərinləşdirilməsi də nəzərdə tutulur.

Cari illə müqayisədə dolların səbət rejiminə keçməsi üzən məzənnəyə keçidin əsası kimi qiymətləndirilə bilər.

Ən sərfəli kredit üçün müraciət et