Neftin 10 illik proqnozu açıqlandı | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Neftin 10 illik proqnozu açıqlandı

Növbəti 10 ildə neftin qiyməti 100 dollardan baha olmayacaq.

Bu barədə OPEC-in neftin qiyməti ilə bağlı hazırladığı proqnozlarında qeyd edilir. 

Bahalı neft erasının başa çatdığını bildirən təşkilat OPEC üçün 100 dollarlıq neft siyasətinin gündəmdə olmadığını bəyan edib.

Ən optimist ssenariyə görə neftin qiyməti 2025-ci ildə 75 dollar səviyyəsində proqnozlaşdırılır. OPEC yanacağın qiymətlərini tənzimləmək üçün hasilatin həcmini dəyişmək siyasətindən artıq əl çəkib. Görünənlər onu deməyə imkan verir ki, OPEC üzvləri neftin hazırkı qiymətlərindən məmnundurlar. Və iyun ayındakı toplantıda neft hasilatının səviyyəsini indiki səviyyədə saxlamağı planlaşdırır.