Manatla əmanət qoyuluşu kəskin azalıb | Banco.az

Manatla əmanət qoyuluşu kəskin azalıb

Banco.az saytı Mərkəzi Banka istinadən xəbər verir ki, banklara ümumi depozit qoyuluşu 1 ay ərzində cəmi 0.20% artıb. Hal-hazırda cəmi depozitlərin miqdarı 18519,1 mln manat dəyərindədir.

Qeyd edək ki, 2015-ci ilin mart ayı ərzində manatla cəlb olunan əmanətlərin hər iki növündə kəskin azalma olub. Milli valyuta ilə olan əmanətlərin birinci növü (tələb olunanadək)  11.11%, müddətli əmanətlər isə 8.34% azalıb.

Əksinə, xarici valyuta ilə əmanət qoyuluşunda artım olub. Xarici valyutanın müvafiq növləri üzrə artım 13.95% 2.37%-ə bərabər olub.

Ən sərfəli kredit üçün müraciət et

Son bir ildə isə cəmi əmanət qoyuluşu 39,16% artıb. Yəni 2014-cü ilin mart ayında əmanət qoyuluşunun həcmi 13308,1 olub ki, bu rəqəm cari ilin eyni ayındakı göstəricidən təxminən 5 mlrd azdır.

Həmçinin bax: Manat əmanəti ən sərfəli olan banklar - Sentyabr 2019

Əmanət qoyuluşları | Create infographics

Ən sərfəli krediti almaq üçün müraciət et