NBC Bank 2015-ci ilin 1-ci rübünə olan hesabatını açıqladı
NBC Bank 2015-ci ilin 1-ci rübünə olan maliyyə hesabatlarını açıqladı.
Banco.az bankın rəsmi saytının verdiyi məlumatlara əsasən araşdırmasını sizə təqdim edir.
Bankın aktivlərində ilin əvvəlində 2.89 % artım müşahidə olunub, cəmi kapital isə azalaraq 50, 572 mln manata çatıb.
Devalvasiya mühitinə baxmayaraq depozitlərdə ilin başlanğıcından bəri 10,44 % artım müşahidə olunub.
Yalnız faiz gəlirləri 73% aşağı enib. Beləliklə, cari ilin birinci rübündə bankın faiz gəlirləri 4 502 min, faiz xərcləri isə 1 878 min olmuşdur. Həmin dövrdə qeyri faiz gəlirləri 519 min manat, qeyri faiz xərcləri isə 2 990 min manat olmuşdur.
Təbiiki faiz gəlirlərində nəzərə çarpan azalma bankın mənfəətinə təsirsiz ötüşməyib.
Belə ki, NBC Bank 2015-ci ilin 1-ci rübünü, 586 min manat zərərlə başa vurub.
Müəllif: Fidan Maqbet qızı