Rusiya İslam bankçılığını bizdən öyrənmək istəyir | Banco.az

Rusiya İslam bankçılığını bizdən öyrənmək istəyir

Rusiya İslam bankçılığı sahəsində Azərbaycanın təcrübəsini öyrənmək istəyir.

Bunu Y.T.Qaydar adına İqtisadi Siyasət İnstitutunun elmi işlər üzrə direktoru Sergey Drobışevski Bakıda "Postsovet məkanında İslam bankçılığının inkişaf perspektivləri" mövzusunda keçirilən konfrans çərçivəsində deyib.

Ən sərfəli kredit üçün müraciət et

Onun sözlərinə görə, Azərbaycan Beynəlxalq Bankının Rusiyada törəmə strukturunun olması buna kömək etməlidir: "Bundan başqa, İslam bankçılığının inkişaf etdiyi Malayziyadan olan eyni sahənin mütəxəssisləri ilə müqayisədə Azərbaycan bankları və iş adamlarına Rusiyada işləmək daha asan olacaq. Azərbaycan və Rusiya arasında dil maneəsi yoxdur, əksinə, oxşar mədəniyyət var".

trend.az