Prezident sərəncam verdi | Banco.az

Prezident sərəncam verdi

Elman Rüstəmov yenidən Mərkəzi Bankın sədri təyin edildi 

Prezident İlham Əliyev Elman Rüstəmovun yenidən Azərbaycan Mərkəzi Bankının sədri təyin etməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Elman Sirac oğlu Rüstəmov Mərkəzi Bankın sədri təyin edilib.

Elman Rüstəmov 1952-ci ildə Cəbrayıl rayonunda anadan olmuşdur. 1973-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu "Xalq təsərrüfatının planlaşdırılması" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. Əmək fəaliyyətinə 1973-cü ildə Azərbaycan SSR Dövlət Plan Komitəsi yanında Elmi-tədqiqat İqtisadiyyat İnstitutunun iqtisadçısı vəzifəsində başlamışdır.

1992-ci ilin dekabrında Azərbaycan Respublikası Milli Bankı İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdir. 1995-ci ilin yanvarında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilmişdir. 2000-ci ilin aprelində 5 il müddətinə Milli Bankın İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilmişdir. 2010-cu ilin aprelində 5 il müddətinə Azərbaycan Respublikası Mərkəzi Bankın Sədri vəzifəsinə təyin edilmişdir. Dünya Bankının Azərbaycan üzrə sədridir. 2015-ci ilin aprelində 5 il müddətinə Azərbaycan Respublikası Mərkəzi Bankın Sədri vəzifəsinə təyin edilmişdir.

Ən sərfəli kredit üçün müraciət et