“Nikoil Bank”ın əməkdaşları Novruz bayramı ilə əlaqədər ardıcıl olaraq xeyriyyə tədbirləri keçirmişdirlər.
İlk olaraq sümük vərəmindən əziyyət çəkən uşaqların müalicə və reabilitasiyasının həyata keçirildiyi Bilgəhdəki dispanserdə uşaqlar üçün bayram süfrəsi təşkil edilib. Tədbirin sonunda uşaqlara Novruz bayramı münasibətilə hədiyyələr paylanıb.
Daha sonra isə Qarabağ müharibəsi veteranları ziyarət olunub. 52 veteran ailəsinə ərzaq məhsulları paylanıb.
Bundan bir neçə günə öncə isə “Nikoil Bank” 80 yaşı tamam olmuş bank əmanətçilərini təbrik edib. Bankın baş ofisində yubileyini qeyd edən əmanətçilərə dəyərli hədiyyələr verilib.
“Nikoil Bank” bir daha təsdiq edib ki, sosial məsuliyyətin əsas missiyalarından biri də köməyə ehtiyacı olanlara vaxtında yardım etməkdir.