“DəmirBank” əmanət məbləğini artırdı | Banco.az

“DəmirBank” əmanət məbləğini artırdı

“DəmirBank” “Əmanət çeşidi” programı üzrə əhaliyə təklif edilən “Yığım” əmanətinin maksimal məbləğini artırdı. Belə ki, “Yığım” əmanəti üzrə maksimal məbləğ daha öncə 10 min AZN idisə,  hazırda bu məbləğ 20 min AZN təşkil edir.

Qeyd edək ki, istənilən şəxs minimum 10 AZN ilkin mədaxil edərək “DəmirBank” filiallarında “Yığım” əmanət hesabı aça bilər. Maksimum 20 il müddətə açılan “Yığım” əmanətini manat və ya ABŞ dolları valyutasında yerləşdirmək mümkündür. Bununla yanaşı, əmanətin üzərinə istənilən vaxt əlavə məbləğ qoyula bilər. Əlavə olunan vəsaitin minimum məbləği isə məhdudiyyətsizdir. “Yığım” əmanət məbləği 20 min AZN və ya ABŞ dollarını keçməməlidir, keçdiyi təqdirdə müştərinin istəyi əsasında yığılmış məbləğ “DəmirBank”ın digər müddətli depozit növlərindən birinə yerləşdirilə və ya götürülə bilər.

Ən sərfəli kredit üçün müraciət et

“DəmirBank” Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Bu isə “Əmanətlərin sığortalanması haqqında” Qanununun şərtlərinə müvafiq olaraq əhalinin “DəmirBank”da yerləşdirdiyi əmanətlərinin sığortalanmasını təmin edir. Hazırda isə qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 12 faiz, kompensasiya məbləği isə 30 000 AZN təşkil edir.

Ən sərfəli krediti almaq üçün müraciət et