POS terminalların sayı nə qədər artacaq? | Banco.az

POS terminalların sayı nə qədər artacaq?

Banco.az Mərkəzi Banka İstinadən məlumat verir ki, ötən il ərzində POS terminalların sayı 119% artaraq, 73 013-ə çatıb ki, bunun da 71 553-ü pərakəndə ticarət mərkəzlərinin payına düşür. Ötən il ərzində yeni 39728 POS terminal quraşdırılıb ki, onlardan 21110-u Bakıda, 18618-i isə regionlara təsadüf edir.

Beləliklə ötən il ərzində regionlarda POS terminalların sayı 4 dəfədən çox artıb və 4345-dən 22963-ə yüksəlib. Buna  baxmayaraq, paytaxtdakı POS terminalların sayı regionlar ən azı iki dəfə üstələyir.

Bununla yanaşı    vergilər naziri Fazil Məmmədov bazar ertəsi brifinqdə bildirib ki, “Bakı-2015” Avropa Oyunları başlayana qədər Azərbaycanda aktiv pos-terminalların sayı 95 minə çatdırılacaq: “Vergilər Nazirliyi Mərkəzi Bank və digər banklarla ölkədə pos-terminalların quraşdırılması sahəsində fəal iş aparır”.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin Banco.az Sizə son 10 il ərzində Bakıda və regionlarda POS terminalların sayının artım dinamikasını təqdim edir. 

| Create infographics