Lider olun, müdir yox! | Banco.az

Lider olun, müdir yox!

Bu səfər sizə iş mərkəzlərinin çoxunda tətbiq olunmayan bir texnologiyadan danışacam. Çox təəssüf ki, siz də bu maariflənmənin olmamasından əziyyət çəkənlərdən biri ola bilərsiniz. Bu səbəbdən müdir və işçilərin diqqətlə oxumasını istəyirəm. Çünki bunu bilməyən şəxs adi bir müdirdir, lider yox. Lider olmaq keyfiyyətlərinə sahib olmaq və sağlam rəqabəti işinizə tətbiq edərək öz sahənizdə öncüllərdən olmaq istəyirsizsə 5 dəqiqənizi bizə ayırın.

Bu texnologiya D4 texnologiyasıdır. 4 mərhələli  icra olunmalıdır:

D1: Dəstəkləyici Davranış < Yönləndirici Davranış
D2: Dəstəkləyici Davranış = Yönləndirici Davranış
D3: Dəstəkləyici Davranış > Yönləndirici Davranış
D4: Dəstəkləyici Davranış = Yönləndirici Davranış = 0

İşə təzə başlamış şəxs D1 vəziyyətindədir. Motivasiyası maximum, iş qabiliyyəti isə aşağı olur. Çox rəhbərin etdiyi bir səhv vardır. D1 vəziyyətində olan şəxsi dəstəkləmək olmaz, çünki bu şəxsin motivasiyaya ehtiyacı yoxdur. Rəhbərin öhdəsinə düşən düzgün istiqamətləndirməkdir, çünki yeni işçinin iş qabiliyyəti zəifdir.

Ən sərfəli kredit üçün müraciət et

D1 vəziyyətindən D2 vəziyyətinə keçmiş işçinin motivasiyası getdikcə azalmağa başlayar. Bu səbəbdən bu mərhələdə işçini dəstəkləmək mütləqdir. İş qabiliyyəti isə hələ kifayət edəcək səviyyədə deyil. Hər iki davranış növünü işçidən əsirgəməmək lazımdır.

D2-dən D3 vəziyyətinə gəlmiş işçi artıq öz işini çox yaxşı bacarır. Bu mərhələdə yönləndirmək olmaz, çünki həmin işçi artıq öz işini yaxşı bacarır və sizin yönləndirməniz onun hisslərinə toxuna bilər və bu halda siz işçinin motivasiyasını minimuma endirərsiniz. Çox diqqətli olmalısınız , çünki motivasiya artıb azala bilər. Dəstəkləyici davranışın olması mütləqdir.

D4 mərhələsinə çatan işçi artıq öz işinin ustası hesab olunur və o şəxs artıq öz işindən motivasiya alır. Bu halda rəhbər həm motivasiyanı, həm də yönləndirməni sıfıra endirməlidir.

Hər bir lider bu mərhələləri mütləq keçmişdir. D1 vəziyyəti ən aşağı, D2 və D3 orta və D4 isə yüksək inşkişaf mərhələsini göstərir. Siz də şirkətlər üçün yazılmış bu reseptdən istifadə edin və sağlam inkişafınızı təmin edin.