Qızılın dəyəri artacaq! | Banco.az

Qızılın dəyəri artacaq!

Qızılın qiyməti dünya bazarında son ayların ilk rekorduna imza atıb: qiymətli daş-qaşın qramının qiyməti yüksələrək son 5 ayda ilk dəfə olaraq psixoloji 40 dollarıq həddi yenidən keçib. İndi dünya bazarında qızılın 1 qramı 40.65 dollara, unsiyası isə 1265 dollara təklif edilir. Dəyərini son günlər 2 faiz artıra bilən qızıl son ayda 6 faiz bahalaşıb.

Bunu Banco.az portalı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-alim Vüqar Bayramovun fikrinə əsasən bildirir. Qızıla tələbatın artması onun dünya bazar qiymətinin yüksəlməsinə səbəb olub. Belə ki, son aylar bir sıra ölkələr, o cümlədən Çin, Qazaxıstan, Türkiyə, Hindistan və hətta Rusiya öz ehtiyatlarının bir hissəsini qızıla çevirmək qərarına gəliblər. 24.7 ton qızıl alan Qazaxıstan Mərkəzi Bankı öz qızıl ehtiyatlarını 181.9 tona çatdırıb. MDB-nin digər üzvü olan Rusiya isə 7.23 ton qızıl alaraq öz ehtiyatlarını 1113 tona yüksəldib. 2012-2014-cü illərdə qızılın düya bazar qiymətinin azalması və yeni qlobal iqtisadi böhran qorxusu inkişaf etməkdə olan ölkələrdə qızıla tələbatı artırıb. Qızılın qiymətinin artmasının digər səbəbi isə neft və valyuta bazarında müşahidə edilən çalxalanmalar fonunda investorların öz pullarını daha az riskli istiqamətə yönəltməsi ilə bağlıdır.

Ən sərfəli kredit üçün müraciət et

Qızılın qiymətindəki artım tempinin davam edəcəyi proqnozlaşdırılsa da hələlik kəskin yüksəliş gözlənilmir. Bununla belə, 2015-ci ildə bütövlükdə qızılın dəyər qazanacağı proqnozlaşdırılır.

Azərbaycanda da qızlın qiymətində yaxın günlərdə artımların olacağı gözlənilir. Bunun əsas səbəbi dünya bazarında müşahidə edilən artımlar nəticəsində idxal olunan anoloji məhsulların xərcinin yüksəlməsi ilə yanaşı bu ilin yanvarın 1-dən aksiz vergisi dərəcəsinin artırılması ilə bağlıdır.