Sığorta sahəsində hansı yenilik olacaq? | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Sığorta sahəsində hansı yenilik olacaq?

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Müşahidə Şurası fevralda Sığorta Təlim Mərkəzinin fəaliyyətə başlaması barədə qərar verib.

Sığortaçılar Assosiasiyasından bildiriblər ki, yanvarın 15-də keçirilən tədbirdə ASA-nın 2014-cü il büdcəsinin hesabatı dinlənilib, 2015-ci ilin büdcəsi ilə bağlı müzakirələr aparılıb, sığorta sahəsi üzrə qanunvericiliyə edilən əlavə və dəyişikliklər, həmçinin 2015-ci ildə nəzərdə tutulan əlavə və dəyişikliklər barədə iştirakçılara məlumat verilib.

Assosiasiyaya yeni üzvlərin (hüquqi şəxs sığorta brokerlərin) cəlb edilməsi, agentlərin “qara siyahı”sının hazırlanması kimi məsələlər xüsusi qeyd edilib. İclasda 6-cı Azərbaycan Beynəlxalq Sığorta Forumunun və Badendə ənənəvi olaraq keçirilən sığorta və təkrar sığorta həftəsində “Azərbaycan gecəsi”nin təşkili məsələləri də müzakirə olunub.

azertag.az