Bu tenderdə qalib Koreya şirkəti oldu | Banco.az

Bu tenderdə qalib Koreya şirkəti oldu

Kapital Bazarı İnfrastrukturunun Müasirləşdirilməsi və Avtomatlaşdırılması koreyalılara həvalə edildi

Ötən gün  “Kapital Bazarı İnfrastrukturunun Müasirləşdirilməsi və Avtomatlaşdırılması” komponenti çərçivəsində kapital bazarlarının informasiya sistemlərinin təchizatı və quraşdırılması üzrə tender keçirilib. Bu barədə Banco.az-a QKDK-dan daxil olan məlumatda bildirilib.

Azərbaycan Respublikası Hökuməti və Dünya Bankı arasında “Kapital Bazarlarının Müasirləşdirilməsi” layihəsinin maliyyələşdirilməsinə dair imzalanmış kredit sazişinə uyğun olaraq “Kapital Bazarı İnfrastrukturunun Müasirləşdirilməsi və Avtomatlaşdırılması” komponenti çərçivəsində kapital bazarlarının informasiya sistemlərinin təchizatı və quraşdırılması üzrə keçirilmiş tenderdə “Korea Exchange” şirkəti qalib gəlmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki. layihənin məqsədi qabaqcıl beynəlxalq təcrübədən istifadə etməklə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramının icrası üçün zəruri texniki, təşkilati, məlumat dəstəyini təmin etməkdir. Layihənin icrası çərçivəsində kapital bazarlarının informasiya sistemlərinin təchizatı və quraşdırılması üzrə satınalınma ilə əlaqədar yerli və xarici kütləvi informasiya vasitələrində elan dərc ediləcəkdir.

Ən sərfəli krediti almaq üçün müraciət et