285-ə yaxın sosial sığorta ödəyicisinə fərdi hesablar açıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

285-ə yaxın sosial sığorta ödəyicisinə fərdi hesablar açıb

1 yanvar 2015-ci il tarixinə Azərbaycanda 2 mln. 976,318 min nəfər sosial sığorta üzrə fərdi hesablara malikdir ki, bu da 2014-cü ilin əvvəlinə olan göstəricidən 10,6% çoxdur. Bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məlumatında deyilir.

“2014-cü il ərzində 284,961 min nəfərdən artıq şəxs üçün fərdi hesablar açılıb”, - deyə məlumatda bildirilir.

Fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 59,01%-i kişi, 40,99%-i isə qadındır.

DSMF-in məlumatına görə, fərdi şəxsi hesabı olanlar arasında 30 yaşa qədər sığortaolunanlar ümumi sığortaolunanların 24,2%-ni əhatə edir.

O cümlədən fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 23,8%-ni 30-40 yaş aralığında olan vətəndaşlar, 21,4%-ni 40-50 yaş aralığında olan vətəndaşlar, 20,3%-ni 50-60 yaş aralığında olan vətəndaşlar, 9,9%-ni 60 yaşdan yuxarı olan vətəndaşlar təşkil edir.

Xəbər verildiyi kimi, Azərbaycan 2006-cı il yanvarın 1-dən pensiya sistemində islahatlar aparıb və nəticədə şəxsləndirilmiş (fərdi) sosial sığorta uçotuna keçib. Bunun əsasında icbari sosial sığorta haqqı ödəyən hər bir şəxs üçün fərdi hesab açılır. Burada onun icbari sosial sığorta üçün ödədiyi haqlar toplanır.

interfax.az