Əhalinin banklarda əmanətləri 11% artıb | Banco.az

Əhalinin banklarda əmanətləri 11% artıb

2014-cü il dekabrın 1-nə Azərbaycan banklarında əhalinin əmanətləri 7 mlrd. 86,4 mln. manat təşkil edir ki, bu da cari ilin əvvəlinə olan göstəricidən 10,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.

Bununla yanaşı, 2014-cü ilin noyabr ayında banklarda əhalinin əmanətlərinin həcmi 1,16% artıb.

AMB-nin məlumatına görə, yanvar-noyabr aylarında əhalinin milli valyutada əmanətlərinin həcmi 15,3% - 4 mlrd. 482,1 mln. manata qədər artıb (bütün əmanətlərin 63,2%-i).

Hesabat dövründə əhalinin xarici valyutada əmanətlərinin həcmi 3,9% - 2 mlrd. 604,3 mln. manata qədər artıb (bütün əmanətlərin 36,8%-i).

Ən sərfəli kredit üçün müraciət et

2014-cü il dekabr ayının 1-nə rezidentlərin bank əmanətlərinin həcmi 6 mlrd. 435,6 mln. manat, qeyri-rezidentlərin bank əmanətlərinin həcmi isə 650,8 mln. manat təşkil edir. Bununla yanaşı, 11 ay ərzində rezidentlərin əmanətləri 14,5% artıb, qeyri-rezidentlərin əmanətləri 16% azalıb.

Dekabrın 1-nə Azərbaycan banklarında əmanət və depozitlərin həcmi 15 mlrd. 312 mln. manat təşkil edir ki, bu da cari ilin əvvəlinə olan göstəricidən 22,7% çoxdur.

interfax.az