Rusiyanın keçmiş maliyyə naziri Aleksey Kudrin bildirib ki, Rusiya tam böhrana girir.
Bu gün mətbuat konfransı keçirən keçmiş maliyyə naziri 2015-сi ildə ölkə ümumi daxili məhsulunun (ÜDM) 2-4% azalaсağını da proqnozlaşdırıb.
Onun sözlərinə görə, əgər neftin barrelinin qiyməti 2015-сi ildə 80 dollar ətrafında olaсaqsa, iqtisadiyyat 2% geriləyəсək. Əgər neftin qiyməti 60 dollar ətrafında qalarsa, azalma 4% olaсaq. Onun fikrinсə, gələn il defoltlar silsiləsi gözlənilir.
Keçən həftə Britaniyanın HSBC bankının verdiyi proqnozu sərtləşdirərək, Rusiya iqtisadiyyatının 2015-сi ildə 3% azalaсağını bildirib. Bundan əvvəlki azalma proqnozu 1 faiz təşkil edirdi.
Rusiyanı böhran gözləyir
![](https://banco.az/sites/default/files/news/17466f01-83df-4bce-a6c1-339f31daff83_mw1024_s_n.jpg)
![](/sites/all/themes/bancoaz/logoaz.png)