İnstagram Sosial Şəbəkəsi ay ərzində 300 milyon aktiv istifadəçi həddinə çatması ilə bağlı məlumat açıqlayıb. Yeni rekord şirkətin 200 milyon istifadəçiyə sahib olması ilə bağlı məlumatın elan olunmasından 9 ay sonra gerçəkləşib. Kompaniya elan edib ki, istifadəçilərin70%-dən çoxu ABŞ-ın sərhədləri xaricində yaşayır. Ən sürətli artım isə Avropa, Braziliya və Rusiyada müşahidə olunur.
İnstagram həmçinin məşhurların, idmançı və brendlərin səhifələrinin həqiqiliyini yoxlamaq üçün yeni mexanizmi də işə salacaq. Bu beydclər (badges) yaxın zamanlarda İnstagram səhifələrində peyda olacaq. Xüsusi nişanlar səhifənin həqiqiliyinə əmin olma imkanı verəcək.
Bundan əlavə instagram spam və saxta profillərin deaktivləşməsi proqramını da işə salacaq. İndi servis belə hesabları həmişəlik məhv edəcək və onlar izləyicilərin siyahısından yoxa çıxacaq.
Gündəlik olaraq, bu şəbəkənin izləyiciləri 70 milyon foto və video dərc edir ki, onlar da öz növbəsində 2,5 milyarda qədər bəyənmə sayı toplayır. Hazırda servisə dərc olunmuş fotoların cəmi sayı 30 milyardı ötmüşdür.