2014-ci il geridə qalmağa hazırlanarkən, mütəxəssislər qlobal birjalarda 2015-ci ildə diqqət edilməli olan 10 riski siyahıya alıb.
2014-ci il rekorlarla keçən 2013-ci ildən sonra başda Wall Street olmaq üzrə birjalar üçün olduqca yaxşı bir il idi. S&P 500 indeksi, 2013-cü ildəki 30% artımdan sonra, 2014-cü ildə təxminən 12% artımla bağlanmağa hazırlaşır.
ABŞ iqtisadiyyatındakı təkmilləşmə qlobal diametrdə birjalara dəstək olarkən, gələn il üçün diqqət edilməli olan əhəmiyyətli mövzular da var.
MarketWatch saytı gələn il üçün ən böyük 10 riski bu formada sıraladı:
1- FED
Hər nə qədər ABŞ Mərkəz Bankı (Fed) aktiv alışlarını dayandıraraq iqtisadiyyata verdiyi likvidlik dəstəyini azaltsa da, hələ də faizləri sıfıra yaxın səviyyədə saxlayır. Gələn il faiz artımının başlanması gözlənilir. Fed-in bu sahədə atacağı addımlar ən böyük risklərin başında dayanır.
2- Sərmayəni növlərə ayırma cəhdi
Fed-in faizləri artırması ilə yanaşı, yüksək faiz mühitində hal-hazırda olduqca müvəffəqiyyətli işlər görən şirkət və ya dövlət istiqraz qazanclı olma hallarını itirə bilər. Daha aşağı risklə daha yüksək qazanc əldə etmək istəyən investorların pullarını yönləndirəcəkləri rotasiyalar qlobal birjalardakı seyri təyin etmə baxımından diqqət edilməli lazım olan mövzular arasındadır.
3- İnkişaf etmiş ölkələr arasındakı iqtisadi fərqliliklər
ABŞ bankı Goldman Sachs-ın da 2015-ci il üçün hazırladığı hesabatda, qlobal iqtisadiyyatda gələn ilin ən əhəmiyyətli gündəm maddələrindən biri inkişaf etmiş ölkələr arasındakı iqtisadi fərqliliklər olacaq.
4- Avro Bölgəsindəki aşağı inflyasiya
Avro Bölgəsində Avropa Mərkəzi Bankının verdiyi açıqlamalara görə aşağı inflyasiya gələn ilin ən əhəmiyyətli gündəm maddələrindən biri olacaq.
5- Qlobal miqyasda ödəniş fərqi
Qlobal iqtisadiyyatın öndə gələn iqtisadiyyatlarındakı ödəniş natarazlığı gələn ilin ən əhəmiyyətli risklərindən biri olaraq qalacaq.
6- Çin
Son on ilin inkişaf maşını olan Çindəki iqtisadi azalma 2015-ci ilin ən əhəmiyyətli gündəm maddələrindən birini meydana gətirəcək. Gələn il üçün dünyanın ən böyük ikinci iqtisadiyyatının 6-7% arasında inkişafı gözlənilir.
7- Güclü dollar
ABŞ iqtisadiyyatındakı inkişaf ilə yanaşı digər pul vahidləri qarşısında rekord qıran dolların seyri və güclü duruşu gələn ilin ən böyük risklərindən biri olaraq göstərilir.
8- Geosiyasi inkişaflar
Geosiyasi risklər də narahatçılıq qaynağı olmağa davam edəcək. IŞİD, Ukrayna ilə İsrail və İran arasındakı qarşıdurmalar gələn ilin gündəm maddələri arasında yer alacaq.
9- İtən optimizm
2015-ci ildə investorlar arasında azalan optimizmin risk alışını azaltması gözlənilir.
10- Gözlənilməz risklər
Mütəxəssislər iqtisadi və maliyyə riskləri ilə yanaşı, sərmayəçilərə hər zaman gözlənilməz risklər barədə xəbərdar edir və 2011-ci ildə Yaponiyada baş verən zəlzələ və sunami faciəsini xatırladır.