Qorxulası bir şey deyil "uğursuzluq"!
Hətta müvəffəqiyyətin, yüzlərlə uğursuzluqla incə-incə hörüldüyü son zamanlarda tez-tez dilə gətirilir. Artıq məlumdur ki, güclü insanları güclü edən, müvəffəqiyyətli insanları müvəffəqiyyətli edən şey müvəffəqiyyətsizlikdən qorxmamalarıdır. Sizə tarixin əhəmiyyətli şəxsiyyətlərinin söylədiyi məşhur sözləri təqdim edirik. Uğursuzluğu unutmağınız üçün həmin o sözlər:
"Uğurun bir düsturu yoxdur. Yaxşı hazırlaşmaq, çox işləmək və uğursuzluqlardan nəticə çıxarmaqdan başqa"- Colin Powell
"Müvəffəqiyyəti qeyd etmək gözəl bir şeydir, ancaq daha əhəmiyyətlisi müvəffəqiyyətsizliyin dərslərində diqqətli olmaqdır" - Bill Gates
"Qalib olmaq üçün, uğura olan ehtirasınızı, uğursuzluğa olan qorxunuzu məğlub etməlisiniz" - Bill Cosby
"Bəziləri uğursuzluğa düçar olur və qırağa çəkilir, mən isə bunu artımın və inkişafın bir yolu olaraq görürəm" - Amanda Gore
"Sadəcə böyük bir uğursuzluğu gözə alan, böyük bir uğura çatar" - Robert F. Kennedy
"Uğursuzluq, sadəcə ağıllı edilən başlanğıc fürsətindən başqa bir şey deyil" - Henry Ford
"Bir dəfə uğursuzluğa düçar olmaq, hər dəfə uğursuzluqla qarşılaşacaqsan demək deyil" - Marilyn Monroe
"Müvəffəqiyyət, həyəcanını itirmədən bir müvəffəqiyyətsizlikdən digərinə qaçmaqdır" - Winston Churchill
"Unutma, uğur bir hadisədir, şəxs deyil" - Zig Ziglar
"Müvəffəqiyyətsiz olmadım, sadəcə işləməyən 10.000 yol kəşf etdim" - Tomas Edison