İş həyatında müvəffəqiyyətin sirlərindən biri rəhbərinizlə yaxşı yola getməkdir. Nə qədər məhsuldar olursunuzsa olun, nə qədər iş intizamınız olursa olsun idarəçinizin bir cümləsi şirkətlə olan bütün əlaqələrinizi qopara bilər.
İş həyatında idarəçilərin ən çox eşitmək istəyəcəkləri 5 cümləni sizlərə təqdim edirik. Bu cümlələri nə qədər tez-tez istifadə etsəniz, idarəçiniz sizi o qədər çox sevər:
1. "Tamamilə Haqlısınız!"
Bu cümlə, düzgün istifadə edildikdə sehrli bir dəyənək kimidir. Bunu yaltaqlıq kimi qəbul etməyin. Əgər həqiqətən düzgün fikirlər söyləyirsə, "tamamilə haqlısınız!" sözü idarəçinizin bütün eqosunu təmin edəcək və sizi ona daha çox sevdirəcək. Təbii ki, bu sözü yerli yersiz istifadə etmək həm sizin, həm də bu sözün dəyərini azalda bilər, ona görə də diqqətli olmaqda fayda var.
2. "O işi mən görərəm!"
Bəzən heç kimin məsuliyyəti boynuna götürmək istəmədiyi işlər vardır. Onlar ya riskli layihələrdir, ya da ciddi mənada məşğuliyyət istəyirlər. Bax bu cür vəziyyətlərdə, "O işi mən görərəm!" cümləsi sizi müdirinizin gözündə ucaldar.
3. ""Mən O işi Çoxdan görmüşəm!"
Bir problemi, bir iclası, bir təqdimatı, bir hesabatı, qısacası hər şeyi əvvəlcədən hiss edib həll etmək, sonra rəhbərin "bunu həll etmək lazımdır" deməsi üçün gözləmək, o cümlə deyilən kimi "Mən o işi çoxdan görmüşəm!" demək bu dünyadakı ən zövqlü anlardan biridir. Həm sizə yaxşı təsir edəcək, həm də idarəçinizə.
4. "Mənim bir fikrim var!"
İdarəçilər həllə gələn işçiləri çox sevirlər. Çünki ediləcəklər siyahısından bir dənə maddə azaldan işçi onların ən böyük köməkçisidir. Ona görə də əgər bir problem varsa bunu rəhbərinizlə paylaşmamışdan qabaq mümkün həllər üzərinə də çalışıb ən məntiqlisini həll olaraq təqdim edin.
5. "Problem Yoxdur!"
Bu cümlə çox rahatlıq verən bir cümlədir. Hər idarəçi məsuliyyət ala bilən, gözəl şeylər vəd edən və o işi həyata keçirən bir komanda yoldaşı ilə ömür boyu çalışmaq istəyər.