Varlıların sayına görə lider ölkələr | Banco.az

Varlıların sayına görə lider ölkələr

Wealth-X və UBS kompaniyası tərəfindən aparılan tədqiqata görə, varidatı 30 milyon dollardan çox olan multimilyonçularının sayı 2014-cü ildə 6 faiz artaraq 211,275 min nəfərə çatıb. 

Multimilyonçuların varidatı ümumilikdə 30 trilyon dollara çatır. Eyni zamanda, dünya varidatının 13 faizini əllərində cəmləyən multimilyonçular yer kürəsi əhalisinin cəmi 0,004 faizini təşkil edir. Varlılarının sayındakı artım dünyanın bütün regionlarında, o cümlədən Afrika, Cənubi Amerika və Asiyada da müşahidə olunub.

Ölkələr arasında varlıların sayına görə ABŞ liderlik edir. Orada 69,560 min nəfər multimilyonçu yaşayır. ABŞ-dan sonra 19,095 min nəfərlə Almaniya, 14,720 min nəfərlə Yaponiya 11,510 min və 11,070 min nəfərlə müvafiq olaraq Böyük Britaniya və Çin gəlir.

Ən sərfəli kredit üçün müraciət et

Şəhərlər arasında birinci yeri 8655 multimilyonçunun yaşadığı Nyu-York, ikinci yeri isə 6815 multimilyonçunun məskunlaşdığı London tutur.

Almaniyada son ildə sayı 7,2 faiz artan milyonçuların varidatlarının həcmi 10 faiz çoxalaraq 2,5 trilyon dollara çatıb.

Wealth-X və UBS kompaniyasının ekspertləri insanların öz gücünə sərvət topladığı ABŞ və Böyük Britaniyadan fərqli olaraq Almaniyada əksər milyonçuların (31 faiz) miras nəticəsində varlandığını qeyd edirlər. Alman multimilyonçular əsasən Münhen, Hamburq, Düsseldorf və Ştutqartda yaşayırlar.

Qafqazinfo