Bankımız İslam maliyyə institutları reytinqində | Banco.az

Bankımız İslam maliyyə institutları reytinqində

Azərbaycan Beynəlxalq Bankı (ABB) Böyük Britaniyada nəşr olunan “The Banker” jurnalının “İri İslam maliyyə institutları” reytinqində yer alıb.

ABB-nin mətbuat xidmətindən verilən xəbərə görə, bank jurnalın reytinqində 2013-cü ilin nəticələrinə görə 219-cu yeri tutub.

Yarandığı tarixdən etibarən cəmi bir illik fəaliyyəti ərzində ABB-nin İslam bankçılığı departamentinin uğurlu fəaliyyəti nəticəsində dünyanın 360 iri təşkilatı sırasında 219-cu yerdə qərarlaşması fərəi haldır”, - deyə məlumatda bildirilir.

“The Banker” jurnalı qeyd edir ki, 2013-cü ilin nəticələrinə görə ABB-nin İslam bankçılığı departamentinin aktivləri 180 mln. dollar olmaqla, bankın aktivlərinin 1,8%, gəlirləri bankın məcmu gəlirlərinin 7,69%-nə bərabər olub.

Ən sərfəli kredit üçün müraciət et

Jurnalın yalnız kommersiya banklarını əhatə edən reytinq cədvəlində isə (ümumi reytinqə banklar, sığorta şirkətləri, investisiya və qeyri-bank strukturları daxil edilib) ABB 214 maliyyə-kredit təşkilatı sırasında 150-ci səviyyədədir.

Qeyd edək ki, ABB ölkədə İslam bankçılığının tətbiq edilməsi üzrə layihə çərçivəsində yaradılmış “İslam pəncərəsi”nin açılması haqqında 2012-ci ilin sentyabrında elan edib. Az sonra ABB-nin İdarə Heyətinin qərarı ilə bankda İslam bankçılığı departamenti yaradılıb.

ABB-nin “İslam pəncərəsi” müştərilərə xidmət göstərməyə aprel ayından başlayıb. Bank tərəfindən təklif edilən xidmətlərin spektrinə İslam bankçılığının icarə - ənənəvi lizinqin analoqu, vəkalə depozit - ənənəvi depozitin analoqu, İslam bank kartları, Qard Hasan hesablarının açılması daxildir.

Ən sərfəli krediti almaq üçün müraciət et