Milli Məclisdə 2015-ci ilin büdcə müzakirələri başa çatıb | Banco.az

Milli Məclisdə 2015-ci ilin büdcə müzakirələri başa çatıb

Milli Məclisin plenar iclasında 2015-ci ilin büdcə zərfinə daxil olan qanun layihələri müzakirə edilib.

Qanun layihələrinin müzakirəsi başa çatıb.

Milli Məclisin plenar iclasında Milli Məclisin 2015-ci il xərclər smetası layihəsi barədə Milli Məclisin işlər idarəsinin müdiri Firuddin Hacıyev məlumat verib. O, bildirib ki, Milli Məclis və onun aparatının saxlanması ilə bağlı 2015-ci ilin xərclər smetası layihəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun hazırlanıb və xərclər smetası, ştat cədvəlləri, inzibatı binaların, mühəndis qurğularına xidmət göstərən təşkilatlarla bağlanan müqavilələr və proqnozlar əsasında tərtib edilib. Onun sözlərinə görə, xərclər smetasının ümumi dəyərinin 69,7%-ni əmək haqqı fondu və əmək haqqına olan əlavələr təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

Daha sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çıxış edib. V. Gülməmmədov bildirib ki, 2015-ci ilin dövlət büdcəsindən Hesablama Palatasının xərclər smetası üçün, ümumilikdə 3,892 mln. manat  vəsait nəzərdə tutulub ki, bu 2014-cü ilin proqnozundan 258 min manat çoxdur.

Deputatların irəli sürdüyü təkliflərin nəzərə alınması üçün hökumətə bu ayın 28-nə kimi vaxt verilib. Onu da qeyd edək ki, 8 gün sonra Milli Məclisdə 2015-ci ilin dövlət büdcə zərfinə daxil olan qanun layihələrinin təsdiq olunması gözlənilir.

Mənbə

APA.az

Ən sərfəli krediti almaq üçün müraciət et