Pul köçürərkən qazana da bilərsiniz | Banco.az

Pul köçürərkən qazana da bilərsiniz

Banklar öz fəaliyyətini müxtəlif istiqamətdə genişləndirirək yeni müştərilər cəlb etməyə, eləcə də mövcud müştərilərinin saxlanılması baxımından bir sıra kampaniyalar həyata keçirirlər. Kampaniyalar hədiyyələrin verilməsi və ya komissyon haqlarının aşağı salınması formasında baş verir. Banklar tərəfindən həyata keçirilən bu tipli aksiyalar mütəmadi olaraq yenilənsə də, hazırda aşağıda adları qeyd edilən banklar bir sıra kampaniyalar həyata keçirirlər.

"Lider" pul köçürmə sistemi ilə banklar arasında əməkdaşlıq nəticəsində pul köçürmələri "Daha çox qənaət edin" kampaniyası adı altında 1%-ə qədər endirilmişdir. Belə banklara müştərilərinə geniş məhsul çeşidi təklif edən Unibank və Bank of Baku, AGBank, RabitəBank, AtaBank, Bank Technique, Azərbaycan Beynəlxalq Bankı, DəmirBank, Expressbank və Xalq Bank`ı aid etmək olar. 

Orta və kiçik biznesin tərəfdaşı olan Rabitəbank öz müştərilərinə pul köçürməsi edərkən hədiyyə qazanmaq imkanı verir. Rabitəbank`ın filiallarından edilən bütün növ təcili pul köçürmələri zamanı danışıq kartı hədiyyə qazana bilərsiniz. Qeyd edək ki, Rabitəbank özünün Barat pul köçürməsinə sahibdir. Barat vasitəsilə siz  hesab açmadan Rabitəbankın filial şəbəkəsi daixilində şəhər və rayonlar arasında pul köçürə bilərsiniz. Barat üsulu ilə pul köçürülərkən pulu köçürən və alan şəxslərdən məbləğin 0.1% (min 1 AZN - max 10 AZN) həcmində komissiya tutulur.

 

“Pul köçürənə / alana mobil danışıq kartı hədiyyə” aksiyası adı altında DəmirBank tərəfindən kampaniya həyata keçirilir. DəmirBank`ın filiallarında pul köçürmə sistemləri ilə pul göndərən və ya alan müştərilərə mobil rabitə ödəmə kartları hədiyyə edilir. Köçürmə məbləğindən asılı olaraq müştəriyə istədiyi mobil rabitə sisteminin aşağıdakı cədvəldə göstərilən dəyərdə mobil rabitə ödəmə kartı hədiyyə edilir. 

Hədiyyə aksiyası DəmirBank-ın filiallarında həm pul göndərənlərə, həm də pul alanlara şamil edilir. Ölkədaxili Şimşək sistemi üzrə isə yalnız pulu göndərənə mobil rabitə ödəmə kartı hədiyyə edilir.

Məbləğ Danışıq kartı
min.500 AZN/USD/EUR; 15 000 RUR 1 manatlıq 
min. 2 000 AZN/USD/EUR; 60 000 RUR 2 manatlıq

Ən sərfəli kredit üçün müraciət et

"Zolotoya Korona" pul köçürməsinə qoşulan bir sıra banklarda kampaniya həyata keçirilir. Müştərilər Amrahbank`dan “Zolotaya Korona” pul köçürmə sistemi vasitəsilə pul göndərdikdə ”Köçürmə göndər-Suvenir Qazan” adlı aksiyanın şərtlərinə görə hədiyyə olaraq müxtəlif suvenirlər qazanacaqlar. Aksiya hədiyyə fondu bitənədək davam edəcəkdir. Qeyd edək ki, bir sıra banklarda adı çəkilən kampaniya bitsə də, Amrahbank və Parabank`da davam edir. 

 

Parabank müştərilərinə hansı pul köçürmə sistemindən istifadə etməsindən asılı olmayaraq hədiyyələr təqdim edir. Əgər siz Parabankdan pul göndərsəniz və ya qəbul etsəniz, hədiyyə olaraq danışıq kartı əldə edəcəksiniz. Bununla yanaşı Parabank`dan "Zolotoya Korona"  vasitəsi ilə pul köçürsəniz, daha bir kampaniyanın iştirakçısı olaraq müxtəlif növ hədiyyə - qələm, fənərcik və ya futbolka qazana bilərsiniz.