240 milyon manat güzəştli kredit verilib | Banco.az

240 milyon manat güzəştli kredit verilib

Quşçuluğun inkişafı üçün 293 investisiya layihəsi maliyyələşdirilib.

Oktyabrın 10-da İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forumu Zərdab rayonunda keçirib.

Nazirlikdən verilən məlumata görə, Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, ümumilikdə, 2014-cü ilin ötən dövrü ərzində respublika üzrə 4233 sahibkara 240 milyon manat güzəştli kredit verilib.

Ən sərfəli kredit üçün müraciət et

“Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 9400-dən çox yeni iş yerinin yaradılmasına imkan verir”,-  məlumatda deyilir.

Qeyd edək ki,  Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə quşçuluğun inkişafı üçün sahibkarlıq subyektlərinin 293 investisiya layihəsinin maliyyələşdirilməsinə 116,7 milyon manat güzəştli kredit verilib.

Oxu.Az