2014-cü ilin birinci yarısında Sahibkarlığa kömək Milli Fondu tərəfindən 2631 layihənin maliyyələşdirilməsinə 129036.9 min AZN vəsait ayrılmışdır. Bunun nəticəsində 5986 yeni iş yeri yaradılıb - Banco.az Sahibkarlığa kömək Milli Fonduna istinadən bildirir.
Verilən kreditlərin 98,1%-i (2582 layihə) kiçik həcmli kreditlər olmuşdur. Örta həcmli və böyük həcmli kreditlərin sayı isə müvafiq olaraq, 19 və 31 olub.
Verilən kreditlərin 62.3%-i, yəni 80318.9 min AZN kənd təsərrüfatı mallarının istehsalına yönəldilib.
Müxtəlif sənaye məhsullarının istehsalı və emalı, həmçinin xidmət (infrastruktur) sahələrinin inkişafı məqsədi ilə müvafiq olaraq 20512.0 və 25965 min AZN vəsait ayrılıb.
Həmçinin son illər ərzində Sahibkarlığa kömək Milli Fondu tərəfindən ayrılan kreditlərin artım dinamikasını aşağıdakı qrafikdə izləyə bilərsiniz.
2014-cü ilin birinci yarısında iqtisadiyyatın müxtəlif sahələri üzrə verilmiş güzəştli kreditlər