Positioning – mövqeləndirmə | Banco.az

Positioning – mövqeləndirmə

Positioning – bir incəsənətdir. Dahi düşünülmüş positioning  sizə təkrarolunmaz və diqqətçəkici bir hekayə nəql edir – elə bir hekayə ki, sizin auditoriyanızın ürəklərində əks səda verir.

Bəlkə də bu anlayışın mindən artıq müxtəlif tərifini eşitmişik. Əslində isə positioning brendin insan ağlında tutduğu yer ilə ölçülür. Hər bir şirkət öz məhsulu haqqında forma ilə əlaqələnən müəyyən bir obrazlı - assosiasiya formalaşdırmağa çalışır. Məsələn Snickers ticari markası öz məhsulunu aclığın dəf edilməsi, Coca-Cola isə susuzluğun aradan qaldırılması kimi xarakterizə edir

Mövqeləndirmənin özülündə marketinqin sübuta ehtiyacı olmayan ən əsas müddəası dayanır. O, belə səslənir:

Ən sərfəli kredit üçün müraciət et

 Bütün insanlar fərqlidir və bir məhsul bütünlüklə hamının xoşuna gələ bilməz.

Şirkət həmişə öz istehlakçısını seçmək məcburiyyətindədir. Brend haqqında araşdırmaların əsasını qoyan, amerikalı  marketinq üzrə mütəxəssis Larri Layt hesab edir ki, hər bir müəssisə can atmalıdır ki, onun məhsulunu çox da böyük olmayan bir qrup insan ilahiləşdirsin (pərəstiş etsin), bu sadəcə geniş kütlələrin sevgisindən daha yaxşıdır. Əgər positioning zəif olsa, onda şirkət, öz səylərini daha dar qrupda mərkəzləşdirmiş müəssisələr ilə rəqabətə tab gətirə bilməyəcək. Bu yarışda o kəs qalib gəlir ki, öz istehlakçısını düzgün seçmiş olsun.