BBVB ilə “Alfa Sığorta" arasında müqavilə imzalanıb | Banco.az

BBVB ilə “Alfa Sığorta" arasında müqavilə imzalanıb

Bakı, 24 sentyabr (AzərTAc). Bakı Banklararası Valyuta Birjası (BBVB) və "Alfa Sığorta" arasında Birja Elektron Ticarət Sisteminin (BEST) "Money-Market" pul bazarında iştirakına dair müqavilə imzalanıb.
Bakı Banklararası Valyuta Birjasından AzərTAc-a bildiriblər ki, müqaviləni BBVB-nin müdiri Fərhad Əmirbəyov və “Alfa Sığorta”nın idarə heyətinin sədri Camal Əliyev imzalayıblar.
Müqaviləyə əsasən, "Alfa Sığorta" banklarla eyni hüquqlu bir iştirakçı qismində bankların topdansatış pul bazarına çıxmaq imkanını əldə edəcək. BBVB isə öz növbəsində, yeni iştirakçıya BEST ticarət sisteminə daxil olmaq hüququnu, həmçinin hesablaşma və informasiya xidmətlərini təqdim edəcək.

Ən sərfəli kredit üçün müraciət et

 

http://azertag.az/xeber/Baki_Banklararasi_Valyuta_Birjasi_ile_Alfa_Sigor...