Azərbaycanda fəaliyyət göstərən bir sıra aparıcı banklara xarici vətəndaşlar rəhbərlik edir. Bu banklar əsasən kapitalını xarici vəsait hesabına formalaşdıran və ya xarici bankların törəmə banklarıdır. CEO-ları əcnəbilər olan banklara AccessBank, Azər-Türk Bank, Bank VTB Azərbaycan, Azərbaycan Sənaye Bankı, Rabitəbank, Nikoil Bank və Yapı Kredi Bank Azərbaycan, Bank Olmayan Kredit Təşkilatlarına isə FINCA Azerbaijan, TBC Kredit aiddir.