Rabitə sahəsində kredit qoyuluşlarının həcmi artıb | Banco.az

Rabitə sahəsində kredit qoyuluşlarının həcmi artıb

Bu ilin 7 ay ərzində kredit qoyuluşu bir sıra sahələrlə yanaşı, rabitə sektorunda da artıb. 

Bu barədə Mərkəzi Bankın (MB) “Kredit qoyuluşlarının sahələr üzrə strukturu” adlı statistik göstəricilərində məlumat verilib.

MB-nıin açıqladığı statistikaya görə, sözügedən müddətdə “Nəqliyyat və rabitə”də kredit qoyuluşları 72,7 milyon manat artaraq 578,7 milyon manata çatıb. Bundan başqa, “Ticarət və xidmət” sektorunda 238,9 milyon manat artaraq 2 milyard 458.8 milyon manat, “Sənaye və istehsal”da 478,4 milyon manat artaraq 1 milyard 994.8 milyon manat olub.

Qeyd edək ki, bu ilin yanvar-iyul ayları ərzində real sektora kredit qoyuluşu 1 milyard 611,1 milyon manat və ya 10,4% artaraq 15 milyard 422.9 milyon manatdan 17 milyard 34 milyon manata yüksəlib.

Real sektora kredit qoyuluşunun 6 milyard 986,1 milyon manatını ev təsərrüfatlarına verilmiş kreditlər, o cümlədən 999,6 milyon manatını daşınmaz əmlakın tikintisinə və alınmasına (ipoteka krediti daxil olmaqla) verilmiş kreditlər təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

ANS PRESS